Cəlal İbrahimli: “Dildə, fikirdə, işdə birlik” ideyası bu gün Bakıda yeni məzmun qazanır
30.06.2026 [16:25]
Xəbərin mətni
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin təşkili qurultayın ideya və məqsədlərinin müasir dövrdə davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli bildirib.