Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib

30.06.2026 [17:13]

Xəbərin mətni

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib. Tədbirdə TDT-nın Baş katibi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.