Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Unudulmaz şairimiz Mikayıl Müşfiqi xatırlayırıq: "Yenə o bağ olaydı"

05.06.2018 [10:09]

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasından 110 il ötür. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.