Vüqar Süleymanov: Qazaxın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları icra olunub
17.07.2026 [11:56]
Xəbərin mətni
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub. Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.