Azərbaycan Dövlət İnformasiya Agentliyi

Niqmatilla Yuldoşev: Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcəyik

20.07.2026 [14:47]

Xəbərin mətni

Bu gün mənə təqdim olunan "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı gələcəkdə iki dövlətin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bunu Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramının imzalanması mərasimində çıxışı zamanı deyib.