Saatlıda ilk superintensiv armud bağı: Məhsul Rusiya bazarına çıxarılıb, növbəti hədəf Avropadır
21.07.2026 [12:36]
Xəbərin mətni
Saatlıda intensiv və superintensiv meyvə bağlarının sahəsi genişlənir. Bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən hədəflərə də uyğundur. Dövlət Proqramında müasir bağçılığın genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, fermerlərə subsidiya və digər dəstək mexanizmlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən olunub.