Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Qurbanov: İnanıram ki, futbolçular sonadək döyüşəcəklər

12.08.2026 [14:38]

Xəbərin mətni

Əvvəlcə ötən gün Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Sabah"ı təbrik edirəm. Böyük uğurdur. Bizə gəlincə, oyuna yaxşı hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq istəyirik. İnanıram ki, futbolçular sonadək mübarizə aparacaqlar. Sabah müəyyən rotasiyalar olacaq. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.