Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var

24.08.2026 [19:33]

Xəbərin mətni

Düşünürəm ki, ilk görüşdə böyük imkanlarımız və yaxşı epizodlarımız oldu. Buna baxmayaraq, “Sabah”ın xüsusilə təhlükəli olduğu anları və güclü tərəflərini də nəzərə alırıq. Biz buna qarşı hazırlaşmışıq və öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Bu sözləri İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.