Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar
26.08.2026 [14:54]
Xəbərin mətni
Çox vacib oyundur. Yaxşı komandaya qarşı oynayırıq. Baxımlı oyun göstərən kollektivdir. Hazırlığımız da pis keçməyib. Avrokuboklarda azarkeşlərimizi sevindirmək üçün son şansımızdır. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı keçirəcəkləri cavab oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.