“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı
03.09.2026 [19:55]
Övladı narahatlıq keçirən valideyn üçün həmin an dünyada ən vacib məsələ yalnız onun sağalmasıdır. Belə məqamlarda valideynin ümidlə üz tutduğu ünvan uşaq həkimidir. Bu sahə yalnız tibbi bilik deyil, həm də böyük səbir, məsuliyyət və balaca xəstənin ağrısını özününkü kimi hiss etməyi tələb edir.