Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyada futbolçu oyun zamanı öldü

07.05.2016 [10:46]

Rumıniyanın “Dinamo” klubunun 26 yaşlı yarımmüdafiəçisi Patrik Ekenqin oyun zamanı ürəyi dayanıb. O, dərhal xəstəxanaya çatdırılsa da həkimlərin müdaxiləsinə baxmayaraq futbolçunun həyatını xilas etmək mümkün olmayıb.