Elxan Məmmədov Almatı Qran Prisində qızıl medal qazandı
16.05.2016 [13:01]
Qazaxıstanın Almatı şəhərində keçirilən Qran Pridə Azərbaycanın cüdo üzrə milli komandası bir dəst medal qazanıb. Elxan Məmmədov (100 kq) qızıl, Uşangi Kokauri (+100 kq) gümüş, Məhəmmədəli Mehdiyev (90 kq) bürünc medala sahib olub.