İDMAN


AAF “V1 Challenge 2016” ilk Azərbaycan çempionatını keçirib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda “V1 Challenge 2016” ölkə çempionatı keçirilib. AAF-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Olimpiya Stadionunda, Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot “Volkicar” idman avtomobillərində yarışıb.