İqtisad Universitetinin tələbələri “Məzun Günü” keçirib
29.06.2016 [20:32]
İyunun 29-da Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin «Məzun Günü» keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı, ADİU-nun fəxri məzunları - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) prezidenti Səttar Mehbalıyev və digər rəsmilər iştirak edib...