Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başa çatıb
06.08.2016 [16:27]
Ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci- test imtahanı mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 22-dən avqustun 3-dək keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31779 nəfərdən 27814 nəfəri iştirak edib.