Boş qalan yerlərə ixtisas seçimi bu gün bitir
19.08.2016 [11:47]
Xəbərin mətni
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.