İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Bilik günü qeyd edilib
15.09.2016 [16:46]
Xəbərin mətni
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Birinci MDTU-nun Bakı filialının rektoru, Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini professor Əziz Əliyev, universitetin birinci prorektoru - innovasiya siyasəti və beynəlxalq fəaliyyət üzrə prorektor, professor Andrey Svistinov və qəbul komissiyasının məsul katibi Dmitri Morozov iştirak ediblər.