Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət İqtisad Universitetində yeni layihəyə başlanılıb

21.09.2016 [14:34]

Xəbərin mətni
Azərbaycan Dövlət İqtisad Universitetində “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinə start verilib. Layihənin əsas məqsədi keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakını təmin etmək, onların ehtiyaclarına uyğun tədris standartlarını müəyyənləşdirmək, bununla da təhsilin səviyyəsinin yüksəldilməsinə zəmin yaratmaqdır.