Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılıb

15.10.2016 [14:28]

Xəbərin mətni
Oktyabrın 15-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə növbəti beynəlxalq təhsil sərgisi açılıb. Tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, ABŞ, Fransa, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və digər ölkələrdəki universitetlərin təmsilçiləri iştirak edirlər.