SİYASƏT


Prezident İlham Əliyevin bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi zamanında verilən qərardır

Bildiyimiz kimi, indi dünyada İslam ölkələri barədə mənfi imic formalaşdırılıb. Əlbəttə bu, düzgün deyil. Hamımız bilirik ki, İslam tolerantlıq, qarşılıqlı anlaşma dinidir, qarşılıqlı hörmətə əsaslanır. Ona görə də Azərbaycan Prezidentinin bu təşəbbüsü saf dinimizin həqiqi dəyərlərinin dünyaya çatdırılması baxımından çox önəmlidir. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.