Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi - Cocuq Mərcanlı
AZƏRTAC-ın REPORTAJI

26.01.2017 [18:06]

Xəbərin mətni
Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.