SİYASƏT


AZAL-ın və AZƏRTAC-ın birgə layihəsi əsasında təyyarələrdə Xocalı soyqırımına dair videoçarx nümayiş etdiriləcək

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus aviareyslərdə bu qanlı qırğına dair videoçarx nümayiş etdiriləcək. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, videoçarx AZAL-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə layihəsi əsasında hazırlanıb.