Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orxan Səfərov dünya çempionatının finalına vəsiqə qazanıb

28.08.2017 [19:11]

Xəbərin mətni
Budapeştdə cüdo üzrə dünya çempionatının yarımfinal görüşləri keçirilir. Orxan Səfərov (60 kq) mundialın yarımfinal mərhələsində ötən ilin Asiya çempionatının mükafatçısı özbəkistanlı Diyorbek Urozboevlə qarşılaşıb. Dünya və Avropa çempionatlarının mükafatçısı olan idmançımız, eyni zamanda, Rio Olimpiya Oyunlarının bürünc medalına sahib rəqibinə ipponla qalib gələrək finala adlayıb.