Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Atçılıq Federasiyası arena polo üzrə dünya kuboku yarışına ciddi hazırlaşıb

07.09.2017 [19:17]

Xəbərin mətni
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda təşkil olunacaq arena polo üzrə dünya kuboku yarışı ilə əlaqədar sentyabrın 7-də mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi polonun vətəni sayılan Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu bildirib.