İDMAN
Velosiped idmanının BMX növü üzrə Dünya Sınaq Yarışı başa çatdı
30.10.2017 [09:41]
Xəbərin mətni
2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında Dünya Sınaq Yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan C1 kateqoriyasına malik yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edib.