İDMAN


“Qarabağ”ın UEFA Çempionlar Liqasında ilk səfər xalı: Oyundan maraqlı anlar

Oktyabrın 31-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ilk səfər xalını qazanıb. Liqanın qrup mərhələsinin dördüncü turunda “C” qrupunda yer alan Ağdam təmsilçisi Madriddə “Atletiko” komandası ilə heç-heçə edib – 1:1. Ağdam təmsilçisi qrup mərhələsinin beşinci turunda - noyabrın 22-də Bakıda “Çelsi”ni qəbul edəcək. “Qarabağ” dekabrın 5-də keçiriləcək sonuncu görüşdə “Roma”nın qonağı olacaq.