İDMAN


Güləşçimiz Cəbrayıl Həsənov beynəlxalq turnirin gümüş medalını qazanıb

Dağıstanın paytaxtı Mahaçqalada Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib. AZƏRTAC xəbər verir ki, turniri digər yarışlardan fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı 74 kiloqram çəki dərəcəsində baş tutan turnirdə yığmamızın kapitanı Cəbrayıl Həsənov iştirak edib.