SİYASƏT


Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekində bir sıra təşkilatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib. AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Anar Ələkbərovun Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədri xanım Li Siaoli, Cəmiyyətin sədr müavini Sun Cinvu ilə görüşündə Heydər Əliyev Fondu və Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.