“Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
24.11.2017 [16:05]
Xəbərin mətni
Noyabrın 24-də “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Formula-1 yarışlarının Azərbaycanda təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova kitabın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Ölkəmizdə könüllülərin inkişafı üçün hər cür şərait var. Könüllülük gənclərin dünya görüşünün artmasında, onların yeni dostlar qazanmasında və gələcək karyeralarının qurulmasında mühüm rol oynayır”.