Azərbaycanlı MMA döyüşçüsü Zaur Hacıbabayev qələbə çaldı
27.11.2017 [10:23]
Xəbərin mətni
Rusiyada MMA üzrə “M-1 Challenge 86” qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Nazran şəhərində keçirilən turnirdə Azərbaycanı Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. İdmançımız Rusiya təmsilçisi Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb.