SİYASƏT


Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik. Bu fikirləri amerikalı jurnalist, politoloq Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşdə deyib. Jurnalist Azərbaycanda olduğu iki ay ərzində ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır