“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı başa çatıb
01.12.2017 [19:50]
Xəbərin mətni
“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının yekunlarına dair brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Əfqanıstanın xarici işlər nazirinin müavini xanım Adela Raz konfransın uğurla başa çatdığını söyləyib. O, yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, dost və qardaş ölkə olaraq Azərbaycanın dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb. Adela Raz konfransın sonunda qəbul edilən Bakı Bəyannaməsini regionumuzun bu gün üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd kimi dəyərləndirib.