SİYASƏT


TRT-nin V Beynəlxalq Media Təhsili Proqramında AZƏRTAC da təmsil olunur

Dekabrın 5-də Türkiyənin Antalya şəhərində TRT V Beynəlxalq Media Təhsil Proqramı işə başlayıb. Yetmiş ölkədən 162 jurnalisti bir araya gətirən bu Proqramda AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsinin müdiri Aygün Həsənova da iştirak edir. Açılışda çıxış edən layihə rəhbəri Əkrəm Özdəmir proqramın təcrübə mübadiləsi üçün bir platforma olduğunu, treninqlər müddətində Türkiyənin 60 məşhur media mütəxəssisinin iştirakçılarla öz təcrübələrini bölüşəcəklərini diqqətə çatdırıb