“Real” klublararası dünya çempionatının finalında
14.12.2017 [12:25]
Xəbərin mətni
“Real” klubu dünya çempionatının yarımfinalında BƏƏ-nin “Əl-Cəzirə” komandasına qalib gəlib.
Qarşılaşma 2:1 hesabı ilə "Real"ın qələbəsi ilə başa çatıb. Qolları rəqib komandanın qapısından Kriştian Ronaldu və Qareta Beyl keçirib. Bununla da "Real" futbol üzrə klublararası dünya çempionatının finalına çıxıb.