Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub
15.12.2017 [19:54]
Xəbərin mətni
Dekabrın 15-də Milli Olimpiya Komitəsində (MOK) “İslam həmrəyliyi və ədalətli oyunlar” mövzusunda konfrans və Ədalətli Oyunlar Komissiyasının mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.