İDMAN


"Qalatasaray" klubu baş məşqçi Fatih Terimlə danışıqlara başlayıb

Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb. AZƏRTAC xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq. Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq, Qalatasaray?" paylaşımı edib. Onun dekabrın 24-də Super Liqanın XVII turunda "Göztəpə" ilə oyunda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.