İDMAN


AZƏRTAC ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi seçilib

Dekabrın 29-da Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2017-ci ilin idman laureatlarını mükafatlandırıb. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib.