CƏMİYYƏT


Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir

20 Yanvar xalqımızın qan yaddaşının hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. Yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına insan axını başlayıb. Bakı sakinləri bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olur.