QAN YADDAŞI


Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Perlis Universitetində (UniMAP) anım mərasimi və sərgi keçirilib. Mərasimdə Perlis ştatının vəliəhd-şahzadəsi, universitetin rektoru Tuanku Syed Faizuddin Putra və xanımı Hajjah Lailatul Şahrin, ştatın dövlət qurumlarının rəhbərləri, müəllim və tələbə heyəti, BERNAMA Milli Xəbər Agentliyinin, nüfuzlu “Utusan Malaysia” qəzetinin və digər KİV-lərin nümayəndələri iştirak ediblər.