Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
23.02.2018 [17:53]
Xəbərin mətni
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan elmi konfrans keçirilib. Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib.