Xocalı soyqırımı qurbanlarının xatirəsi Yaponiyada da anılıb
27.02.2018 [11:09]
Xəbərin mətni
Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar təşkil edilən stendlə tanış olublar.