Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı qurbanlarının xatirəsi Haçadağın zirvəsində də yad edilib

27.02.2018 [14:59]

Xəbərin mətni
Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib. Onlar Naxçıvan alpinistləri ilə birgə Haçadağın zirvəsinə qalxaraq Xocalı soyqrımı qurbanlarını yad ediblər.