CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi naziri şimal bölgəsindən olan sakinlərlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov martın 2-də Siyəzən şəhərində şimal bölgəsindən olan sakinlərlə görüşüb. Müraciətlər nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müvafiq məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Ayrı-ayrı şəxslərin müraciətlərinə əsasən reabilitasiya vasitələri və sosial xidmətlərlə təmin edilmələri barədə tapşırıqlar verilib.