Xaçmazda sakinlər hərəkətin təhlükəsizliyi barədə maarifləndirilirlər
10.03.2018 [13:32]
Xəbərin mətni
Yol-nəqliyyat hadisələrinin daha az baş verməsi üçün vətəndaşlarımız, xüsusən də yolların yaxınlığındakı yaşayış məntəqələrində yaşayan sakinlər yol hərəkəti qaydaları haqqında məlumatlı olmalıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşlarının Xaçmaz rayonunda təhlükəsizliyin təminatı ilə bağlı keçirdikləri görüşdə bildirilib.