SİYASƏT


Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir.