SİYASƏT


İvan Brayoviç: Monteneqro Azərbaycanla əməkdaşlığın daha da genişlənməsinə böyük önəm verir

Martın 14-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında müzakirələr aparılıb.