SİYASƏT


Forum çərçivəsində ikinci panel “Meydana çıxan yeni güclər” mövzusuna həsr edilib

Altıncı Qlobal Bakı Forumu çərçivəsində keçirilən ikinci panel “Meydana çıxan yeni güclər” mövzusuna həsr edilib. AZƏRTAC xəbər verir ki, iclasa moderatorluq edən Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa qlobal mənada yeni güclərin rolunun, onların dünyanın super gücləri ilə münasibətlərinin, regionlardakı hadisələrə təsirlərinin müzakirə edilməsinin vacib mövzular olduğunu deyib.