SİYASƏT


Forum çərçivəsində keçirilən üçüncü paneldə “Çoxluqlar azlıqlara qarşı” mövzusunda müzakirələr aparılıb

Altıncı Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxluqlar azlıqlara qarşı” mövzusunda üçüncü panel iclasında separatçı siyasətin məqsəd və nəticələri, etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti, səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi, qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları, beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir kimi mövzularda müzakirələr aparılıb.