MƏDƏNİYYƏT


“Sən supersən!” vokal müsabiqəsində daha bir azərbaycanlı

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" şousu davam edir. Şounun növbəti iştirakçısı Zaqataladan Namiq Cəbrayılov olub. O, layihənin seçmə turunda Müslüm Maqomayevin “Gözəllik kraliçası” mahnısını ifa edib. Münsiflər yekdilliklə həmyerlimizə səs verib və Namiq ikinci tura vəsiqə qazanıb.