MƏDƏNİYYƏT


“Neputevie zametki” Azərbaycanın qədim şəhərində

Rusiyanın Birinci kanalından yayımlanan “Dmitri Krılovla Neputevie zametki” proqramının növbəti buraxılışı efirə çıxıb. AZƏRTAC xəbər verir ki, proqramın budəfəki buraxılışı Azərbaycanın ən qədim məkanlarına həsr edilib. Müəllif Dmitri Krılov izləyicilərinə Bakının qədim tikililəri, müasir binaları ilə yanaşı Qəbələnin, Şəkinin tarixi yerləri barədə ətraflı məlumat verir.